Bakı Ticarət Limanı ilə bağlı MÜHÜM açıqlama
“Bakı Ticarət Limanının böyük potensialı mövcuddur və 15 milyon ton yükün aşırılması qabiliyyətinin formalaşdırılması məqsədilə dövlət tərəfindən əhəmiyyətli investisiyalar yatırılıb”.
Hurriyyet.net xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, yük aşırılma qabiliyyətinin gələcəkdə 25 milyon tona çatdırılması üçün əlavə investisiya qoyuluşlarının həyata keçirilməsi planlaşdırılır:
“Bu layihələrin icrasında dünyanın ən böyük limanlarından biri olan və idarəetmə sahəsində qabaqcıl təcrübəyə malik Rotterdam liman idarəetməsi ilə sıx əməkdaşlıq mövcuddur. Eyni zamanda, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Bakı Limanında işlərin operativ şəkildə aparılması, xüsusi ixtisaslaşmış texnikanın mövcudluğu və müvafiq ekspertizanın təmin edilməsi qarşıda duran vacib məsələlərdəndir”.