📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı Kart” Mərkəzi Bankın tələblərini pozub- Xəbərdarlıq olundu

2025-04-28 16:23:08

“Bakı Kart” Mərkəzi Bankın tələblərini pozub- Xəbərdarlıq olundu

“K Group” MMC-nin (Bakı Kart) Azərbaycan Mərkəzi Bankının tələblərini pozub. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı cari nəzarət tədbirləri çərçivəsində “Bakı Kart”ın fəaliyyəti üzrə yoxlama aparıb. Yoxlamalar zamanı şirkətdə təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilən pul vəsaitinin təhlükəsizliyinin təmin olunması, Mərkəzi Banka təqdim edilən hesabatların düzgünlüyü və informasiya təhlükəsizliyi sahəsində öhdəliklərə riayət edilməsi məsələləri təhlil olunub.  

Araşdırma nəticəsində “K Group” MMC tərəfindən ödəniş sahəsində qüvvədə olan qanunvericilik və normativ aktların tələblərinin pozulması faktı aşkar edilib. Bu səbəbdən, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, şirkətə qarşı təshih tədbirləri tətbiq olunub.