"Babam, atam, indi də mən Aygün Kazımovanın dinləyicisiyik"
2026-10-21 10:34:13
Rusiyada məşhurlaşan bloger Vüsal Maqdıyev Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib.
Hurriyyet.net xəbər verir ki, bloger Pop kraliça ilə video yayımlayaraq onun Moskva konsertindən danışıb.
O, videoda Aygün Kazımovanın dekabrın 13-də Moskvada böyük konsert verəcəyini qeyd edib.
“Möhtəşəm diva, Aygün Kazımova... Hörmətli Aygün xanım, neçə ildir necə gözəlsinizsə, Monika Belluççi belə sizin fonunuzda sönük qalır. Babam, atam, mən, bəlkə də oğlum da sizin dinləyiciniz olacaq. Snup Doqq deyiləm, amma niyə biz “gəl” deyəndə gəlmirsiniz” deyə, Vüsal bildirib.