📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər”

2026-11-06 12:11:31

“Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər”

“2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcə xərclərinin təxminən 41%-ni təşkil etdiyi halda, 2027-ci ilin dövlət büdcəsində bu xərclərin 44%-dən artıq olacağı proqnozlaşdırılır”.

Hurriyyet.net  xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Bütövlükdə sosial sahəyə ayrılan büdcə vəsaitlərinin artım tempi büdcənin ümumi gəlirlərinin və xərclərinin artım tempini üstələyir ki, bu da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sosial dövlət modelinin daha ciddi iqtisadi əsaslara, büdcə əsaslarına istinad etdiyini və belə hesab edirəm ki, gələcəkdə daha da gücləndiriləcəyini sübut edən çox ciddi faktlardır. 

Güman edirəm ki, Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər, çünki ildən-ilə Azərbaycanın iqtisadiyyatının inkişafı insanlarımız üçün ayrıla biləcək dövlət vəsaitlərinin həcmlərini artırmağa imkan verir ki, bu da hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına kömək edir”, - deyə Əli Əhmədov qeyd edib.