Azərbaycan nefti ucuzlaşdı
2026-11-13 12:11:20
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Hurriyyet.net xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,74 % azalaraq 99,88 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 100,63 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.