📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

2026-10-23 20:56:27

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüş zamanı “PCCI26”-nın 3-cü seminarının və “SEL1” təliminin uğurlu nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gələcək perspektivləri, eləcə də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.