📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə etdi

2026-10-20 18:57:05

Azərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan ilə Cənubi Koreya aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, həmçinin iki ölkənin aviaşirkətlərinin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev məlumat verib.

Bununla bağlı müzakirələr AZAL-ın İdarə Heyətinin sədri ilə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu arasındakı görüşdə aparılıb.

S.Rzayev qeyd edib ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı da diqqət mərkəzində olub:

"Marşrut şəbəkəmizin inkişaf strategiyasına uyğun olaraq, 2030-cu ilədək Azərbaycan və Koreya arasında birbaşa uçuşların həyata keçirilməsi perspektivini də müzakirə etdik. Həmçinin, iki ölkənin hava limanları və aviasiya qurumları arasında potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. İnanıram ki, bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi turizmin inkişafına və yeni aviasiya imkanlarının yaranmasına töhfə verəcək".