📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

2026-10-24 13:29:10

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"BMT Günü münasibətilə Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

Birləşmiş Millətlər Günü mübarək!"- paylaşımda qeyd olunub.