Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
2026-10-23 12:24:34
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib.
Bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub.
Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirilib ki, Aygün Bəylərin yeganə varisi qızı Canandır və onun icazəsi olmadan belə bir tədbirin keçirilməsinə etiraz edilir.
“Aygün Bəylərin tək varisi var, o da onun qızı Canandır! Onun icazəsi olmadan heç bir tədbir təşkil oluna bilməz. Təşkil edən hər bir təşkilatçı qanun çərçivəsində cavab verməlidir” deyə, paylaşımda qeyd olunub. (Axşam.az)