📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa liderləri Putinlə danışdı

2026-10-27 16:39:27

Avropa liderləri Putinlə danışdı

Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Hurriyyet.net  TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezident administrasiyası məlumat yayıb. 

“Müzakirələr birbaşa və mahiyyət üzrə olub. Biz Rusiyanın qonşularıyıq. Münaqişənin necə bitəcəyi Finlandiyanın və Norveçin, daha geniş mənada isə bütün Avropa İttifaqının təhlükəsizliyinə təsir edəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır”, - Stubb telefon danışığı barədə qeyd edib.