Anar Bayramovu kollektivə Teymur Musayev təqdim etdi - Fotolar
2026-10-19 14:51:40
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Anar Bayramov səhiyyə naziri təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, yeni təyin olunmuş nazir bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub.
Yeni naziri kollektivə Baş nazirin müavini Teymur Musayev təqdim edib.
Qeyd edək ki, dövlət başçısının “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində verilib.




