Ağcabədidə bir ailənin 4 üzvü qəzada yaralandı
2026-10-25 20:31:36
Ağcabədidə ağır yol qəzası olub.
Modern.az xəbər verir ki, hadisə Arazbar kəndində qeydə alınıb.
Kənd sakini, 47 yaşlı Hakim Hüseynovun “VAZ-21014” markalı avtomobili idarəetmədən çıxaraq, elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, onun həyat yoldaşı və iki ayaşlı övladı xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.