📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Afət Fərmanqızı təsdiqlədi: 10 minə işçi axtarır...

2026-11-13 19:13:51

Afət Fərmanqızı təsdiqlədi: 10 minə işçi axtarır...

İt və pişik baxıcısı üçün elan verməyimiz doğrudur. Ancaq mən Moskvada yaşayıram və vəd etdiyimiz məbləğ də 10 min manat deyil, 10 min rubldur (206 manat – red.).

Musavat.com xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında müğənni Afət Fərmanqızı it və pişik baxıcısı elanı vermələri haqda danışarkən deyib.

O, bununla bağlı ətraflı açıqlama verəcəyini də bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə müğənninin köməkçisinə istinadla yayılan elanda maaşın 10 min vəd edildiyi bildirilsə də, manat və ya rublla olduğu açıqlanmayıb.