📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

89 yaşlı qadın ehtiyatsızlıqdan sirkə içdi - Öldü

2026-11-13 13:21:32

89 yaşlı qadın ehtiyatsızlıqdan sirkə içdi - Öldü

Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Hurriyyet.net  xəbər verir ki, noyabrın 11-i saat 11 radələrində Mehdiabad qəsəbə sakini 1937-ci il təvəllüdlü Əzət İsmayıl qızı Xəlilova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, zəhərlənərək ölüb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.