📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

76 yaşlı kişini maşınla vurub öldürdü

2026-10-28 11:46:34

76 yaşlı kişini maşınla vurub öldürdü

Xaçmazda ağır yol qəzası baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə Xaçmazdan Qubaya gedən yolun 1-ci kilometrliyində qeydə alınıb.

R.Nəsirov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 76 yaşlı Baxışov Məhərrəm Şirnəli oğlunu vurub.

Piyada hadisə yerində həlak olub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanaraq istintaq aparılır.