📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

7 bal gücündə zəlzələ oldu: 1000 km uzaqda hiss edildi

2026-10-25 17:06:20

7 bal gücündə zəlzələ oldu: 1000 km uzaqda hiss edildi

Yaponiyanın Oqasavara adaları yaxınlığında 7 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə seysmik xidmət funksiyalarını yerinə yetirən Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Sunami təhlükəsi elan edilməyib.

Zəlzələnin ocağı Sakit okeanın dibindən 470 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edilir ki, yeraltı təkanlar 1000 km aralıda yerləşən yaşayış məntəqələrində də hiss edilib.

Oqasavara arxipelaqı Tokiodan 1,2 min km cənubda yerləşir. Arxipelaqın yalnız iki adasında yaşayış var və onların ümumi əhalisi təxminən 2,5 min nəfərdir.