📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

69 yaşlı kişini maşın vurub öldürdü

2026-11-13 12:05:20

69 yaşlı kişini maşın vurub öldürdü

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.net xəbər verir ki, Ərəbuşağı kəndi ərazisində Zaman Piriyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.