📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

40 yaşlı kişi güllə yarasından öldü

2026-11-02 15:22:23

40 yaşlı kişi güllə yarasından öldü

Ağdaş sakini güllə yarasından ölüb.

Hurriyyet.net xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun meyiti evinin həyətində aşkarlanıb.

Şəxsin ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarət sonrası vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.