27 yaşlı ustanı cərəyan vurub öldürdü
2026-11-02 14:55:22
Beyləqan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hurriyyet.net xəbər verir ki, oktyabrın 31-i saat 12 radələrində Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.