📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

23 illik arzusunu reallaşdırdı - Öz brendini yaratdı

2026-11-14 18:49:00

23 illik arzusunu reallaşdırdı - Öz brendini yaratdı

Amerikalı pop ulduzu Britni Spirs öz zərgərlik brendini təqdim etməyə hazırlaşır.

Hurriyyet.net  “Page Six”ə istinadən xəbər verir ki, müğənni “BTiny” adlı brendinin rəsmi saytını istifadəyə verib.

Nəşr yazır ki, hazırda saytda zinət əşyalarının satışı həyata keçirilmir. Lakin pərəstişkarlar elektron poçt ünvanlarını və ya telefon nömrələrini qeydiyyatdan keçirərək satışların başlanması barədə ilk məlumat alanlardan ola bilərlər.

Saytın ana səhifəsində yer alan “23 illik hazırlıq” ifadəsi isə diqqət çəkib. Belə ki, Spirsin şəxsi zərgərlik brendi yaratmaq ideyası hələ 2003-cü ildə yaranıb. Müğənni son bir il ərzində zinət əşyaları kolleksiyası üzərində fəal çalışıb.

Hələlik məhsulların dizaynı, qiymətləri və satışa çıxarılacağı dəqiq tarix açıqlanmayıb.