📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

22° isti... - Sabahın havası

2026-11-13 15:56:08

22° isti... - Sabahın havası

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.net  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq.