📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

14 ildən sonra Suriyaya qayıdırlar

2026-11-14 10:51:18

14 ildən sonra Suriyaya qayıdırlar

Polşanın Suriyadakı səfirliyi 14 ildən sonra yenidən fəaliyyətə başlayacaq.

Hurriyyet.net  xəbər verir ki, bu haqda Polşanın “RMF FM” radiostansiyası məlumat yayıb.

“Polşalı diplomatlar 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında paytaxt Dəməşqdə Polşa səfirliyinin yenidən açılması planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd edək ki, səfirlik 2012-ci ildə, həmin ərəb ölkəsində davam edən münaqişə səbəbindən təxliyə edilmişdi.