📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 ay sonra ölkəsinə qayıtdı - Video

2026-10-26 13:25:59

10 ay sonra ölkəsinə qayıtdı - Video

Venesuela müxalifətinin lideri, sülh üzrə nobel mükafatı laureatı Maria Korina Maçado ölkəsinə qayıdıb. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə yerli “El Nacional” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, o artıq Venesuelanın bir neçə ştatını ziyarət edib. 

Sosial şəbəkələrdə Maçadonun ölkə vətəndaşları tərəfindən izdihamla qarşılandığını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, Maria Korina Maçado 2011-2014-cü illərdə Venesuela Milli Assambleyasının deputatı olub. O, 2024-cü ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan, Maçado seçkilərdə başqa namizədlə əvəzlənib. O, 2025-ci ilin dekabrında ölkəni tərk edib.

Onu da xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələrinin Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.