📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

2026-10-30 21:15:13

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib.

Hurriyyet.net  yeni nazir müavininin dosyesini təqdim edir:

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb.  

2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

8 yanvar 2026-cı il tarixindən bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.

O, Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.