Hürriyyət

İctimai Palatanın aclıq aksiyasına daha dörd nəfər qoşuldu
Gülağa Aslanlı deyir ki, İP-in müraciətinə həbsdəki vicdan məhbuslarının cavabı bu gün bəlli olacaq

İctimai Palata üzvlərinin həbsdəki vicdan məhbuslarına dəstək məqsədilə keçirdiyi aclıq aksiyası davam edir. Bu barədə redaksiyamıza İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib.

Qeyd edək ki, hazırda həbsdə olan vicdan məhbusları – Arif Hacılı, Babək Həsənov, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi İsgəndərli və Zülfüqar Eyvazlı mayın 15-dən etibarən aclıq aksiyasına start vermiş, baş verən olaylar İctimai Palatanın azadlıqdakı təmsilçiləri tərəfindən dəstəklənmişdir.

Mayın 16-da məlum proseslə əlaqədar olaraq həbsdəki vicdan məhbuslarına müraciət ünvanlayan İctimai Palatanın Koordinasiya Şurası aksiyanı öz üzərinə götürməklə bağlı istəyini ifadə edib. Siyasi məhbuslara ünvanlanan müraciətdə deyilir:

“İctimai Palatanın hüquq müdafiə təşkilatlarının, demokratik düşüncəli ziyalıların və beynəlxalq birliyin ardıcıl səylərinə baxmayaraq, xalqdan qisas almağı özlərinə hədəf seçmiş iqtidar qüvvələri sizin həbsxanadan azad olunması və ya verilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi haqda qərar çıxarmaq əvəzinə bu prosesi süni olaraq yubadır ki, bu da sizlərə qarşı hakimiyyətin mövqeyini dəqiq ifadə edir. Sizə qarşı olan bu haqsızlıqlara etiraz əlaməti olaraq sizlərin həbsxanalarda aclıq aksiyasına başlamaq qərarınıza anlayışlı yanaşır, mövqeyinizin düzgün olduğunu qəbul və təqdir edirik. Lakin bu aksiyanın həbs şəraitində səhhətinizə ciddi problemlər yarada biləcəyini düşünürük. Biz sizin əqidə dostlarınız həbsxanada başlamaq istədiyiniz aclıq aksiyasını həbsxanadan kənarda keçirmək haqda qərarlıyıq. Sizin qeyd-şərtsiz azad olunmağınız tələbi ilə belə bir tədbir artıq başlanıb. Bunları nəzərə alaraq sizdən həbsxanada aclıq aksiyası keçirmək fikrinizdən daşınmağınızı, bu aksiyanın keçirilməsini bizim öhdəmizə buraxmağınızı xahiş edirik”.

Dünən aclıq aksiya ilə bağlı yeniliklərlə redaksiyamızı tanış edən G.Aslanlı daha 4 nəfər vətəndaşın İctimai Palatanın aksiyasına qoşulduğunu bildirib: “Bu gün 4 nəfər İctimai Palatanın keçirdiyi aclıq aksiyasına qoşulub. Bunlar QHT sədri Lətafət Məlikova, İctimai Palatanın üzvü, QHT rəhbəri Yeganə Əmiraslanova, Müsavat Partiyasının Sumqayıt Şəhər Təşkilatının şura üzvü Xanım Mirzəyeva, dördüncüsü isə iki gün bundan öncə həbsdən azad edilən vicdan məhbusu Elnur Məcidlidir”.

G.Aslanlı Koordinasiya Şurasının həbsdə olan vicdan məhbuslarına yönəlik “aksiyanı bizim öhdəmizə buraxın” müraciətinə isə sabah (bu gün-red)  cavab alacaqlarını vurğulayıb: “Bu müraciətimizə həbsdəki vicdan məhbusları hələ ki, cavab verməyib. Onların bu təklifə münasibəti sabah (bu gün-red) bəlli olacaq”.

Şamil

Arif Hacılı prezidentə müraciət etdi
“Milli mənafelərimiz naminə mən istisna olmaqla, 2 aprel məhbuslarının ,… azadlığa buraxılması üçün addımlar atmağınızı Sizdən xahiş edirəm”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, hazırda məhbəsdə olan Arif Hacılı Dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətin mətnini olduğu kimi dərc edirik:

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın ölkəmizdə keçirilməsini dövlətimiz və millətimiz üçün mühüm hadisə hesab edirəm. Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər. Təbriz konsulluğumuz qarşısındakı aksiyalar, MDB-nin Moskva sammiti bizi qarşıda gözləyə biləcək təhlükələrin anonsudur.

İndi, bəlkə də məhz bu günlərdə, cəmiyyətin vətəndaş sülhünə, qarşılıqlı anlaşmaya ehtiyacı başqa dövrlərdə olduğundan daha çoxdur.

Belə həssas məqamda ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuran məsələlər arasında bizim də adımızın hallanması, bütün həyatını Azərbaycanın müstəqil, demokratik, güclü dövlət kimi Dünya Birliyində layiqli yer tutması uğrunda mübürizəyə həsr etmiş adam kimi məni çox narahat edir.

Məlumdur ki, 2011-ci il 12 mart və 2 aprel dinc mitinqlərinin əsas təşkilatçısı mən olmuşam. Bu hərəkətlər cinayət hesab olunursa, buna görə digər şəxslərin cəzalandırılması daha böyük ədalətsizlikdir.

Odur ki, milli mənafelərimiz naminə mən istisna olmaqla, 2 aprel məhbuslarının eyni zamanda yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması üçün addımlar atmağınızı Sizdən xahiş edirəm”.

Arif Hacılı, 17 may 2012

Ramana. 16 saylı cəzaçəkmə müəssisəsi

Quzey Qafqazda rusların yaşam problemi
Qara və Xəzər dənizləri hövzəsində rusların sayı sürətlə azalmağa başlayıb

Rusiya regionların inkişafı naziri Viktor Basarginin rəhbərliyi altında Quzey Qafqaz respublikalarında, eləcə də Krasnodar, Stavropol, Həştərxan, Volqoqrad və Rostov vilayətlərində rusların sayının artırılması üzrə xüsusi dövlət proqramı hazırlanmışdır.

Rusiya Elmlər Akademiyası Etnoqrafiya və Arxeologiya İnstitutunun araşdırmalarında etiraf olunur ki, rus əhalisinin sayı son 20 ildə sürətlə azalmışdır. Bu problem həm də Qara və Xəzər dənizləri aralığındakı hövzənin Rusiya üçün yaxın gələcəkdə itirlməsi prosesi ilə nəticələnə bilər. Regionda qeyri-rus xalqların dominant mövqeyə çıxması sadəcə etnoloji deyil, həm də böyük bir etnomədəni mənzərənin tədricən fərqli bir prosesdə inkişaf etməsilə müşahidə olunur. Buna görə də mümkün qədər regionda rus əhalisinin sayının artırılmasının “qayğı”sına qalınmalıdır. Bunun üçün dövlət xəzinəsindən ayrılacaq vəsaitin miqdarına görə heç nədə xəsislik olunmamalıdır.

Etnoloji və külturoloji yerdəyişmələr

Rus demoqraflarının araşdırmalarında qeyd olunur ki, ölkədə rus əhalisinin sayı sürətlə azalmaqdadır. Keçmiş SSRİ məkanına daxil olan “müttəfiq” respublikalarda 20 milyondan artıq rus əhalisi yaşayır və onların Rusiyada məskunlaşması siyasəti dövlət tərəfindən müdafiə olunmalıdır. 2002-ci ildə hətta bu yöndə Rusiya prezidenti, Dövlət Duması və Federasiya Şurası tərəfindən bir sıra qanunlar da qəbul olunmuşdur. Ancaq, bütün bu təşəbbüslərə baxmayaraq, Rusiyada məskunlaşmaq istəyində olanların sayı nisbətində digər xalqların nümayəndələrinin çoxluq təşkil etməsi müşahidə olunur.

Quzey Qafqaz regionunda etnoloji mənzərə sadəcə qeyri-rus xalqların sayının sürətlə artması ilə deyil, həm də kulturoloji müstəvidə bölgənin simasının dəyişməsinə səbəb olmuşdur. Prosesin belə davam etməsinin bir sıra səbəbləri vardır. Hər bir xalq öz tarixi, mədəni və kimlik dəyərlərini araşdırmaqla özünün tarixi etnik coğrafi sərhədlərini əhatə etməsini bir şərt olaraq dəyərləndirmək iddiasını ortaya qoymuşdur. Çərkəz xalqları (abaza, abxaz, şapsuq, kabarada, adıgey), türk xalqları (qaraçay, noqay, balkar, kumuk, türkmən), vaynaxlar (çeçen və inquş) bu prosesdə aparıcı mövqelərə çıxmaq üçün Rusiyanın Qafqazın işğalına qədərki etnik coğrafi sərhədlərinin xəritəsini çızmağa başlamışlar. Faktiki olaraq, Stavropol vilayətinin tamamilə türk xalqlarına, Krasnodar vilayətinin adıge xalqlarına, İşkeriya torpaqlarının vaynaxlara məxsus olması həm də tarixi bir həqiqətdir. Həştərxan, Volqoqrad, Rostov və Samara vilayətlərində tatar, qazax və rus kazak xalqlarının müasir etnoloji durumu Moskvadan idarə olunan 450 illik Qafqaz siyasətinin iflasa uğramasının təməlini qoymaqdadır. Rus kazakları artıq milli kimlik məsələsində kazak adlandırılmasını rəsmiləşdirməyə çalışır. 2002-ci ildə Rostov vilayətində əhalinin siyahıya alınmasında 200 min nəfər kazak öz milli kimliyini müdafiə etmişdisə, 2010-cu ildə bu rəqəm 700 min nəfərdən çox olmuşdur. Özlərini ak kazak etnik kimliyi olaraq qəbul edən qazaxlar (Çingiz Xanın soyundan olduqları üçün belə bir adla tanınırlar) da artıq Həştərxan, Volqoqrad vilayətlərində dominant rol oynamağa başlamışlar. Dağlı xalqları sırasında avar, dargin, ləzgi, aqul, tabasaran, tsaxur, kaytak, lak və digərləri də Quzey Qafqaz regionlarına miqrasiya etməklə etnik mənzərənin dəyişməsinə səbəb olan faktorlara çevrilmişlər. Etnoqraf Əhməd Yarlıkapovun qeyd etdiyi kimi: “Quzey Qafqazda rus əhalisinin sayı 30-40 faiz həddində azalmışdır. Bu boşluğu isə Qafqaz xalqları doldurmuşdur. Burada hər bir xalq özünə məxsus milli bölgə siyasəti uğrunda hətta mübarizə də aparır. Etnoloji və kulturoloji mənzərənin dəyişməsini Kreml hakimiyyəti heç də normal qəbul etmir. Çünki, Rusiyanın digər xaqlara münasibətində steorotip baxışlar hələ də 1552-ci il düşüncəsi səviyyəsindədir”.

Modern və klassik baxışlar yenə də toqquşur

Quzey Qafqaz siyasətində hal-hazırda rəsmi Moskvanın baxışları iki yerə ayrılır. Klassik mənada regiondakı siyasətin tərəfdarları Quzey Qafqaz respublikaları ilə yanaşı, digər vilayətlərin də Qara və Xəzər dənizləri aralığında vahid region anlamını müdafiə edirlər. Rostov, Volqoqrad, Həştərxan, Samara vilayətləri və Kalmıkstan respublikası da Quzey Qafqaz regionu kimi qəbul edilir. Modern siyasətin tərəfdarları isə həqiqi Quzey Qafqaz coğrafiyasının sərhədləri daxilində bölgənin sosial-iqtisadi inkişafını əsas hədəf olaraq qəbul edirlər. 2010-cu ildə ilk dəfə olaraq, Quzey Qafqaz iki regiona bölündü. Cənubi Rusiya Federal Dairəsi (buraya Krasnodar, Rostov, Volqoqrad, Samara vilayətləri, Adıgey və Kalmıkstan daxilidir) və Quzey Qafqaz Federal Dairəsi (Stavropol vilayəti, Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar və Qaraçay-Çərkəz respublikaları) bölgələri elan edildi. Hər iki federal dairənin ayrı-ayrılıqda sosial, iqtisadi inkişaf modellərinin tətbiq olunmasına başlanıldı. Vladimir Putin prezident seçildikdən sonra hər iki regionun yenidən birləşməsi üçün təşəbbüslər sürülmüşdür. Hətta Putinin tərəfdarları bu yöndə müvafiq qərarın qəbul edilməsi üçün açıqlamalar da vermişlər.

Modernləşmə tərəfdarlarının fikrincə, Rusiyada mövcud olan 83 bölgənin (quberniyalar və milli respublikalar) sayı çox azdır. Bu rəqəm bir neçə dəfə artırılmalıdır. Bir neçə regionun ayrıca federal dairə modelində yaradılması effektiv idarəetmə və inkişafa daha çox təsir edə bilər. Həm də 80-90 ildir dotasiya şəraitində yaşayan regionların sosial və iqtisadi şəraitinə müsbət təsir göstərə bilər. Bu sırada xlaqların miqrasiya siyasətində də müsbət dəyişikliklər baş verdiyi təqdirdə hər hansı problem də yaranmaz. Çünki hər bir federal dairədə miqrasiya siyasəti daha çox iqtisadi amillərə bağlı olacaqdır.

Klassik idarəetmə tərəfdarlarının baxışlarına görə, Rusiyada 83 regionun sayı 9 nəhəng region anlayışına yönəldilməlidir. Mərkəzi hakimiyyətin idarəetmə siyasətində bunun effektiv olacağına qəti şəkildə inanırlar da. Əslində Çarlıq Rusiyasının tarixindən miras qalmış belə bir yanaşma daha çox təhkimçilik həyat şəraitinin müasir qavrayışla qəbul edilməsi kimi də başa düşmək olar. İndi Rusiyanın hər hansı bir regionunda başqa bir bölgədən olan vətəndaşa, xüsusilə Qafqaz kökənli insanlara qarşı repressiv siyasətin də ardında məhz bu faktor dayanmışdır: “Sən Dağıstanda yaşayırsansa, burada nə işin var” sualı da bu təfəkkürdən yaranmışdır. Sanki, ölkə vətəndaşının sərbəst şəkildə hərəkət etməsi qanunsuz bir əməl və ya cinayətə bərabər atılmış bir addımdır.

Klassik yanaşma tərzində ölkənin işçi qüvvəsinə ehtiyacı olan regionlarına xaqların sürgün olunması da yer almışdır. Son iki ildə inquşların zorla Sverdlovsk və Perm vilayətlərinə köçürülməsi üçün təşəbbüslər göstərilməsi bu faktı bir daha təsdiq edir. Onlar “kazarma kommunizmi” siyasətini daha üstün hesab edirlər. Elə bu təfəkkürlə də, Quzey Qafqaz regionlarında güc stukturlarının antiterror əməliyyatları adı altında vətəndaşların hüquq və azadlıqlarının pozulması, süni şəkildə “terrorçu ovu” axtarışlarına çıxmaları da bunu təsdiq edir. Dağıstan, İnquşetiya və Çeçenistanda vətəndaşlar adicə “pasport rejimi”ni pozduqlarına görə həbs olunurlar. Halbuki, öz ailəsinin ehtiyacını ödəmək üçün başqa bölgədə çalışan sıravi fəhlənin suçunun nədən ibarət olduğunu heç onların özləri də bilmirlər. Bölgədə insanların radikallaşmasının, güc stukturlarına olan nifrətinin, intiqam almaq hisslərinin yaranmasının da səbəbləri buradan qaynaqlanır. Rus əhalisinin də ölkənin başqa regionlarına miqrasiya axınlarının səbəbi bundan doğmuşdur. 1988-ci ildə Dağıstanda 350 min nəfər rus yaşayırdısa, bu gün onların sayı 150 min nəfərdir. Çeçenistanda 500 minlik rus əhalisindən indi regionda 10 faizi qalmışdır. İnquşetiyadan faktiki olaraq tamamilə ruslar köçüb getmişlər. Belə bir proses həm də Kabarda-Balkar, Quzey Osetiya, Adıgey və Qaraçay-Çərkəz respublikalarında da müşahidə olunur. Bu gün Moskvanı narahat edən amillərdən biri də rus əhalisinin sayının Krasnodar, Rostov və Stavropol vilayətlərində də sürətlə azalması problemidir. Starvropol vilayətində qeyri-rus əhalinin sayının regionda 60 faizi ötməsi ciddi narahatlığa səbəb olmuşdur.

“Rus” axtarışında

Çeçenistanın paytaxtı Qroznı şəhərinin yenidən inşa olunması zamanı burada xüsusi plan əsasında “Qroznı-Siti” elitar yaşayış massivi tikilmişdir. Burada ən azından 270 min nəfər əhali yaşamalıdır. Rusiya KİV nümayəndələri rəsmi siyasətin tərkib hissəsi olaraq, burada 50 min nəfər rus əhalisinin yaşaması üçün dövlət proqramının necə həyata keçməsini araşdırmışlar. Bəlli omuşdur ki, Qroznıda 1991-ci ildə toplam 250 min nəfər rus yaşayırdısa, indi onların sayı 5 min nəfərdən belə artıq deyildir. Çünki ruslar artıq bu şəhərdə yaşamaq istəmirlər. İnquşetiyada prezident Yunusbəy Ekvurov federal büdcədən külli miqdarda vəsait alaraq Nazran, Sunja, Qarabulaq, Maqas şəhərlərində 1994-cü ildən bu yana köçüb getmiş rus əhalisinin geri dönməsi üçün bir sıra addımlar atsa da, hələ ki, bunun real nəticəsi olmamışdır. Kabarda-Balkarın paytaxtı Nalçikdə demək olar ki, indi milliyyətcə rus olan insanları barmaqla göstərirlər. Halbuki, 1989-cu ilə qədər bu şəhərdə əhalinin 75 faizini ruslar təşkil edirdilər. Respublikanın Proxladnıy şəhəri hələlik tam rus şəhəri hesab olunur. Artıq bu şəhərin kəndləri və qəsəbələrində də rusların sayı sürətlə azalır.

Etnoqraf alimlərin fikrincə, rusların Quzey Qafqazda saylarının sürətlə azalmasının bir sıra obyektiv səbəbləri vardır. Bir tərəfdən ruslar arasında demoqrafik durumun heç də ürək açan olmaması əsas faktor hesab olunursa, digər yandan isə qeyri-rus xalqlarının arasında milli kimlik düşüncəsinin güclənməsi, dini baxışların inkişafı da burada əsas amillərdən biri hesab olunur. Faktiki olaraq, narkomaniya və alkoqolizm kimi bəlalar Rusiyanın digər regionlarına nisbətən Quzey Qafqazda xeyli dərcədə aşağıdır. İnquşetiya, Çeçenistan, Dağıstan və Kabarda-Balkarda isə spirtli içkilərin istehsalı və ticarəti gözlənilmədən 70-80 faiz civarında aşağı düşmüşdür.

Rusiya Memorial İnsan Haqları təşkilatının araşdırmalarına görə, Rusiyanın digər regionlarında mütəmadi şəkildə “qafqazlı ovu” siyasətini aparan güc stukturları və dövlət idarələrinin belə bir addımı indi özünün əks təsirini göztərməkdədir. Faktiki olaraq, Quzey Qafqaz regionlarında etnomafiyalara və etnoklanlara bağlı olan məmur şəbəkəsi də rusların bölgədən kütləvi axınlarına səbəb olmuşdur. Ruslar işsiz qaldıqca, ağır sosial problemlərin həllində perspektivdə onları heç bir uğur gözləmədiyini görərək, ölkənin digər regionlarına köçüb getmək məcburiyyətində qalırlar.

Siyasi müşhadiələrə görə isə, Putinin yenidən prezident seçilməsi, onun 1999-cu ildən 2008-ci ilə qədər Quzey Qafqazda hərbi siyasətə üstünlük verməsi, güc stukturları tərəfindən ənənəyə çevrilmiş anarxiyanın yenidən təkrar olunması prosesləri baş verərsə, bu dəfə sadəcə Çeçenistan deyil, bütün Quzey Qafqaz Rusiyaya qarşı silahana bilər. Çünki güc stukturlarının vəhşi davranışları, günahı olmayanların işgəncələrə məruz qalması, hərbi qüvvələr tərəfindən girov götürülən və sonradan izsiz-tozsuz şəkildə itkin düşən insanların ailələri, mənsub olduqları xalqlar intiqam almaq üçün fərqli şəkildə, daha doğrusu “dağlı qanunları” ilə hərəkət etmək məcburiyyətində qalacaqlar. İndi sabiq prezidentə çevrilən Medvedyevin son dörd illik hakimiyyəti dönəmi Quzey Qafqazda müəyyən qədər “dinc dövr”  olaraq xarakterizə edilir. Çünki modernləşmə humanitar siyasətin tərkib hissəsi olan iqtisadi və sosial həyat tərzinin inkişafı, bu yöndə müvafiq infrastrukturların yaradılması başlıca prioritet hesab olunurdu.  Putinin andiçmə mərasimindən sonra, dərhal Krasnodar vilayətinin Soçi şəhərinə gələrək, burada Quzey Qafqaz liderləri ilə görüşlərə qatılması onun ənənəvi vərdişlərindən əl çəkmədiyini bir daha təsdiq etdi. Halbuki, sadə rus əhalisinin köçüb getməsi, ruslardan ibarət hərbi qüvvələrin sayının artırılması yaxın gələcəkdə yaxşı vədlər vermir. Çünki qafqazlılar ruslaşmaq, ruslar isə Qafqaz ənənələrinə tabe olmaq istəmirlər.

Ənvər BÖRÜSOY

“Maliyyələşdirmə partiyalara görə müəyyənləşdirilə bilməz”
Sərdar Cəlaloğlu: “Proporsional seçki sistemi yoxdursa partiyaların maliyyələşməsi həm Seçki Məcəlləsi, həm də Konstitusiyamızla ziddiyyət təşkil edir”

“Biz Konstitusiya Məhkəməsinə müraciət edəcəyik ki, blok kimi seçkilərdə iştirak edən siyasi partiyalar necə maliyyələşməlidir”

“Müsavatın qurultay məsəsləsini siyasi spekulyasiya səviyyəsinə qaldırmasını düzgün hesab etmirəm”

ADP sədri Sərdar Cəlaloğlu gündəmin bir sıra aktual mövzularıyla bağlı qəzetimizin suallarını cavablandırıb. Sərdar bəylə müsahibəni oxucularımıza təqdim edirik.

- “Siyasi partiyalar haqqında qanun”a bu yaxınlarda edilən dəyişikliklərdən sonra partiyanızın maliyyələşmədən kənarda qalmasıyla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşdığınız bildirilir. İddia edirsiniz ki, ötən seçkilərdə siz Ümid Partiyası ilə birgə seçki bloku kimi iştirak etdiyinizdən maliyyələşmə zamanı da partiya yox, seçki bloku nəzərə alınmalıydı. Sizcə, bu məhkəmə instansiyasından ədalətli qərar gözləməyə dəyərmi?

- Söhbət ondan getmir ki, hansı qurum bizim müraciətimizə ədalətli baxacaq. Konstutisiya Məhkəməsi bu barədə ədalətli qərar çıxarmasa biz bu işi daha yüksək instansiyalara – Avropa Məhkəməsinə qədər aparacağıq. Söhbət ondan gedir ki, Azərbaycandakı mövcud Seçki Məcəlləsi ilə yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında qanun” arasında müəyyən bir boşluq yaranıb. Yəni Seçki Məcəlləsində bloklar şəklində seçkilərdə iştirak var, ancaq partiyaların maliyyələşməsi zamanı seçkilərin nəticələri hesablanarkən bu blokun iştirakı nəzərə alınmır və maliyyələşmə ancaq partiyalara verilir. Bu, iki qanun arasındakı ziddiyyətdir. Ziddiyyətin bu cür açıq qalması isə bizim hüquqlarımızı pozur. Biz Konstitusiya Məhkəməsinə müraciət edəcəyik ki, blok kimi seçkilərdə iştirak edən siyasi partiyalar necə maliyyələşməlidir. Bu qurum məsələyə aydınlıq gətirərək izahat verməlidir. Çünki Seçki Məcəlləsinə görə, əgər siyasi partiyalar seçkilər dövründə blok yaradıblarsa öz adlarından çıxış edə bilməzlər. Bu, həm də o deməkdir ki, həmin dövrdə bloklardan parlamentə seçilən şəxslər konkret bir partiyanın deyil, seçki blokunun namizədləridir. Belə olan halda “Qarabağ” Seçki Blokunun namizədi yalnız Ümid Partiyasının namizədi kimi qəbul edilə bilməz, yəni blokun üzvü olan ADP-nin də namizədi hesab olunmaldır.

- 3 faizlik baryeri aşma məsələsi daha çox proporsional seçki sistemlərində işə yarayır. Bu zaman partiyaların maliyyələşmə mexanizmi də qüsurlu deyilmi?

- Əslində söhbət partiyaların maliyyələşməsindən gedirsə, proporsional seçki sistemi tətbiq edildikdən sonra bu mexanizm işə salınmalıydı. İndiki halda partiyalar yox, ayrı-ayrı partiya namizədləri bir fərd olaraq seçkilərdə iştirak edir və bu zaman partiyaların maliyyələşməsi həm Seçki Məcəlləsi, həm də Konstitusiyamızla ziddiyyət təşkil edir. Yəni proporsional seçki sistemi yoxdursa maliyyələşdirmə partiyalara görə müəyyənləşdirilə bilməz.

- İki gün öncə Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov yenidən açıqlamada bulunaraq, yaxın günlərdə şəxsən müxalifətlə və ziyalılarla görüşəcəyini bildirib. İsa Qəmbər artıq bu açıqlamaya cavab bildirib və ona inanmadığını bəyan edib. Sizin mövqeyiniz necədir?

- Düşünmürəm ki, nə zamansa Azərbaycan iqtidarı indi apardığı siyasətində nəzərəçarpacaq dəyişikliklər etsin. Bunun əyani sübutu İlham Əliyevin bu günlərdə “Heydər Əliyev” Mərkəzinin açılışındakı çıxışında da göründü. O bildirdi ki, biz seçdiyimiz yoldan dönməyəcəyik, heç kəs də bizə təsir edə bilməz. Ona görə də hətta Əli Həsənovdan belə bir təşəbbüs gəlsə də bunun heç bir əhəmiyyəti olmayacaq və Azərbaycandakı siyasi inkişafa heç bir halda təsir etməyəcək.

- Onun iddiasına görə “Eurovision” ərəfəsində – bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda İctimai Palata heç kimin son yüz ildə ölkəmizə vura bilmədiyi qədər zərbə vuraraq, dövlətin beynəlxalq imicini sarsıdıb…

- Əvvəla, mən hesab etmirəm ki, yalnız “Eurovision”a görə bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Bu yarışmanı öz ölkəsində keçirən hakimiyyət gərək bütün azadlıqları təmin edə ki, bu barədə danışamğa dili ola. Əslində hakimiyyət indi yox, hələ düz bir il öncə bu mahnı yarışmasında qalib gələrkən bunları düşünməliydi. Anlamalıydı ki, lazımi tədbirlər görülməsə, islahatlar həyata keçirilməsə, bu yarışma onun öz əleyhinə işləyə bilər. Düşünürəm ki, bu yarışmanın ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycan iqtidarının hədəflədiyi siyasət iflasa uğradı və tam əks nəticələrlə qarşılaşdılar. “Eurovision” o mənada Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi ki, ölkədə ən qatı avtoritar rejim olduğu, insan hüquqlarının kobud surətdə pozulduğu, korrupsiyanın astronomik səviyyəyə çatdığı hər kəsə bəlli oldu. Beynəlxalq mətbuatda da son vaxtlar gedən silsilə yazılar onu göstərdi ki, sərhədlərimizin o tayında Azərbaycanın eybəcər reallıqları barədə kifayət qədər netləşmiş mövqe var.

- Bir vətəındaş olaraq həmin yarışmada iştirak edəcəksinizmi?

- Qətiyyən.

- Bu və ya digər formada iştirakdan imtinanızı hakimiyyətə qəzəbli olamğınızla əlaqələndirmək olarmı?

- Ümumiyyətlə, çox təəssüf ki, bu yarışma Azərbaycan xalqına böyük bəlalar gətirdi, on minlərlə sadə vətəndaşımızın mülkiyyət hüquqlarına amansız qəsd  edildi, korrupsiya görünməmiş səviyyəyə qalxdı. Ona görə də mən bu yarışmanı bir etiraz əlaməti olaraq nə izləyəcəm, nə də hər hansı qaydada onunla maraqlanacam.

- İctimai Palata 19 may mitinqinə hazırlaşır. Hakimiyyətin İP-in istədiyi yerdə aksiya keçirməyə icazə verməyəcəyi əvvəlcədən də bəlli idi. O halda, mitinq qərarı verib, sonradan bunun piketlə əvəz olunması nə dərəcədə uğurlu addımdır?

- Mən dəfələrlə birbaşa görüşlərimizdə və mətbuata açıqlamalarımda İctimai Palata rəhbərlərinə demişəm ki, mitinqlər insan hüquq və azadlıqlarının müdafiəsi baxımından çox əhəmiyyətli olsa da yalnız bu yolla müxalifətin fəaliyyətinin təşkil olunması heç vaxt ölkədə siyasi dəyişilmələrə gətirib çıxara bilməz. Mitinqlər yalnız kompleks tədbirlərlə bir yerdə hansısa ciddi dəyişilmələrə gətirə bilər. Ancaq İctimai Palatanın indiki bütün cəhdlərindən belə görsənir ki, sanki bu qurum mitinq keçirmə qabiliyyətini nümayiş etdirir.

- Çıxış yolu kimi konkret nə tövsiyyə edərdiniz?

- Sadəcə, siyasətlə məşğul olmağı  məsləhət görərədim. Çünki açığı deyim ki, Azərbaycandakı müxalif qüvvələrdə siyasiləşmə getdikcə zəifləyir. Yəni getdikcə siyasi qurumlar özlərini daha çox ictimai təşkilatlar səviyyəsinə endirirlər ki, bu da çox yanlış məsələdir.

- Vicdan məhbuslarının azad edilməməsinə etiraz olaraq Müsavat qərargahında aclıq aksiyası keçirənlərə baş çəkməmisiniz?

- Hələ vaxtımız olmayıb, yəqin ki, onları ziyarət edəcəyik.

- Ziyalılar Forumunun mətbuata açıqlaması var ki, hansı siyasi qurum görüş və müzakirələrlə bağlı müraciət edirsə, onların sözlərini yerə salmırlar. Bu görüşlər təbii ki, çox ciddi müzakirələrlə yadda qalır…

- Bizim Ziyalılar Forumuyla görüşümüzlə İctimai Palatanın görüşü arasında prinsipial bir fərq var. Biz Ziyalılar Forumunu Azərbaycanda birləşdirici bir güc, partiyalarüstü, bloklarüstü bir qurum kimi görürük. Belə düşünürük ki, Azərbaycandakı bütün partiyaları biraraya gətirmək missiyasını bu qurum öz üzərinə götürə bilər. Amma İctimai Palata ziyalılar Forumuyla görüşərkən bu qurumun nüfuzundan özlərinin siyasi məqsədləri üçün istifadə etmək istəyir. Yəni onların bizdən fərqli niyyətləri var. Onlar Ziyalılar forumu ilə ikitərəfli, bərabərsəviyyəli əməkdaşlığı nəzərdə tuturlar. Biz isə belə hesab edirik ki, Ziyalılar Forumu iqtidarlı-müxalifətli bütün partiyalardan eyni məsafə saxlamalıdır, həm iqtidara müxalifət olmalıdır, həm də elə müxalifətdaxili problemlərin həllində öz potensialından istifadə etməlidir.

- Sizinlə söhbətlərdə Ziyalılar Forumu üzvləri İctimai Palatanın onlardan istifadə etməyə çalışdıqları haqda iddialarınızı bölüşürlərmi?

- İctimai Palata özü bilər, sadəcə bizim “Qarabağ” Bloku olaraq Ziyalılar Forumuyla görüşümüzün əsas məqsəd və niyyətlərini onlara çatdırmışıq.

- Belə bir əminlik varmı ki, doğrudan da Ziyalılar Forumu cəmiyyətdəki bu ziddiyyətləri, umu-küsüləri aradan qaldırmaq gücündədir?

- Fərdlər və partiyalar arasında fikir ayrılığı, hətta umu-küsü ola bilər. Amma millətin taleyi həll olunan yerdə umu-küsü edənlərə xəyanətkardan başqa ad vermək çətindir.

- Müsavat Partiyası hakimiyyət tərəfindən münasib yer verilməməsi səbəbindən qurultayını Gürcüstanda keçirmək qərarına gəlib. Deyəsən, bir müddət öncə gürcü liderinin Azərbaycan parlamentindəki məlum çıxışı və Məmməd Əminin adını bir neçə dəfə çəkməsi müsavatçıları bir qədər ürəkləndirib.

- Bu məsələ xeyli dramatikləşdirilir. Bilirsiniz ki, bizim 300 nəfərlik, Müsavatın özünün də bir neçə yüz nəfərlik zalı var. Əslində partiya qurultayları keçirilərkən situasiya nəzərə alınmalıdır. Məsələn, elə situasiya yaranıb ki, ADP öz qurultayına heç qonaq dəvət etməyib, çalışmışıq ki, kimsəyə ağız açmadan mümkün qədər öz gücümüz və potensialımızla tədbirimizi keçirək. İndi Müsavat üçün də anoloji vəziyyət yaranıb. Təbii ki, Gürcüstanda qurultay keçiriləcəyi halda ora min nəfər aparmaq heç cür mümkün olmayacaq, uzağı 200-300 adam apara bilərlər. O zaman sual yaranır, elə ADP-nin 300 nəfərlik zalı var da, niyə insanları əlavə xərcə və zəhmətə salırsınız?  Digər tərəfdən, hökumət yaxşı-pis onlara yer verib. Nə fərqi var ki, ya Maştağa olsun, ya bir başqa yer. Yəni Gürcüstana getməkdənsə Maştağaya getmək daha düzgündür. Bilirsiniz, qurultayların keçirilməsi onların hansı saraylarda baş tutması ilə müəyyənləşmir. Qurultayların əhəmiyyəti onların qəbul etdiyi qərarlarla bağlıdır. Bu baxımdan Müsavat Partiyasının qurultayının əhəmiyyətini də bu kriteriyalarla ölçmək lazımdır. Adamların sayı da az ola bilər, qonaqların sayı da məhdud olar, yer namünasib ola bilər və s. Onsuz da Müsavat ilk gündən bilirdi ki, ona qurultay keçirmək üçün istədikləri yeri verməyəcəklər. Əgər şəhərin mərkəzə yaxın yerlərində sənə mitinq keçirməyə icazə vermirlərsə, sən bilməlisən ki, mərkəzi saraylarda da sənə yer verilməyəcək. Ona görə də açığı, mən bu qurultay məsəsləsinin bir qədər də siyasi spekulyasiya səviyyəsinə qaldırılmasını düzgün hesab etmirəm. Hesab edirəm ki, partiya qurultayı ilə bağlı mövqe çox ciddi olmalıdır. Mən indi sərgilənən mövqenin məntiqini analya bilmirəm.

Zülfüqar Hüseynzadə

Sabiq deputat öş işçilərinə divan tutur
Yüzlərlə insan Nizami İsgəndərovdan niyə narazıdır?

Sumqayıtın iri iş adamlarından hesab olunan Zaman İsgəndərovun oğlu, sabiq millət vəkili Nizami İsgəndərovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İş adamının sahibi olduğu ticarət mərkəzlərində həddindən artıq sərt qaydalar qoyduğunu bildirən mənbə, sabiq deputata malik alqı-satqı müəssisələrində insanların ağır şərtlər altında çalışdığına diqqət çəkib. Mənbənin sözlərindən bəlli olub ki, Nizami İsgəndərova məxsus ticarət mərkəzlərində çalışmaq üçün bütün maddi öhdəliklərlə yanaşı, ara-sıra “mənəvi fədakarlıqlar” da göstərmək lazımdır…

Kirayə bataqlığı və ya müflis sahibkarlar

N.İsgəndərova məxsus “Sumqayıt” və “Cavid” ticarət mərkəzlərində yüzlərlə insanın çalışdığına diqqət çəkən mənbə ilk olaraq kirayə haqlarının həddindən artıq bahalığından şikayətləndi. Sahibkarın hər kvadrat metrə görə 30 manat məbləğində kirayə haqqı aldığını bildirən mənbə, kirayənişinlərin bir çoxunun bu məbləği ödəmək iqtidarında olmadığını qeyd etdi: “Nizami İsgəndərov sahibi olduğu alqı-satqı mərkəzlərində arendatorların öz hesabına həyata keçirdiyi təmirdən sonra arenda haqlarına da “yüngülvari əl gəzdirdi”. Sabiq deputatın bu yeniliyindən sonra hər kvadrat metrə görə kirayə haqqı 30 manat məbləğinə yüksəldi. Lakin bu, iş adamının arenda ilə bağlı həyata keçirdiyi yeganə yenilik olmadı. Ticarət obyektlərinin konfiqurasiyasında ciddi yeniliklər həyata keçirən sahibkar standart otaqların hər birini arendatorlara aylığı 500 manatdan təqdim etdi ki, bu da 2-3 ay ərzində xırda sahibkarların müflisləşməsi ilə müşahidə edildi. Vəziyyət o həddə çatdı ki, sonda Nizami İsgəndərovun özü müəyyənləşdirdiyi arenda qiymətini 400 manat səviyyəsinə endirməyə məcbur oldu. Lakin onun bu “mərhəməti” belə ziyana işləyən arendatorların vəziyyətini yaxşılaşdıra bilmədi. Bu gün “Cavid” Ticarət Mərkəzində çalışan arendatorların böyük əksəriyyəti kirayə haqlarını ödəməkdə çətinlik çəkir, bu məbləğı gəlirlərindən deyil, öz yaxın əhatələrindən borc alaraq ödəyirlər. Mövcud durum arendator və satıcıların hamısını narazı salsa da onların heç biri vəziyyətin düzələcəyinə ümid edərək, öz iş yerlərini itirməmək üçün etirazlarını açıq şəkildə dilə gətirmək istəmir, vəziyyətin yaxşılaşacağı ümidi ilə gözləməyə üstünlük verirlər”.

N.İsgəndərovun “işıq pulu” biznesi

Keçmiş millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.isgəndərov bu “biznesdən” də xeyli gəlir əldə edir: “Bu gün istifadə edilən enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödnişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyur”.

Kirayəyə verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondinsioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi il bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: “Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondinsioner sistemindən  istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara “işıq pulu” borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdir”.

“Cavid” Ticarət Mərkəzini arendatorlarmı qoruyur?

Kirayənişinlərin ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alq-satqı mərkəzinin onların hesabına qorunduğunu vurğuladı: “Nizami İsgəndərovun tətbiq etdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. Nizami İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olur”.

Mənbə kirayənişinlərin aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Onun sözlərinə görə, aylıq ödənişlər sisteminə “işıq pulu”, “mühafizə pulu” kimi “ayaqyolu pulu” da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi “gözəgörünməz” ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi: “Arendatorların ödədiyi aylıq haqlardan biri də ayaqyolu ilə bağlıdır. Nə qədər qəribə və gülməli də olsa arendatorlardan bu məqsədlə də hər ay 5 manat məbləğində pul toplayan Nizami İsgəndərov bu ödənişlərin vaxtında və tam şəkildə ödənilməsinə ciddi nəzarət edir. Satıcılar və arendatorlar isə baş verənləri gizli narazılıq və əsəbiliklə izləməkdədir. Onların fikrincə, bu cür ödənişlər sadəcə olaraq arendatorlar üçün əlavə problem yaratmır, həm də Nizami İsgəndərovun özünün iş adamı kimi nüfuzu haqqında mənfi rəy formalaşdırır”.

Nizami İsgəndərovun “mənəviyyat qurbanları”

N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda “mənəviyyat qurbanına” malik olduğunu söylədi: “İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salması ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikrili olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, bu “ədəbsizliyinizdən” sonra sizi kabinetinə çağıran N.İsgəndərov uzun müddət əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcək”.

Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: “Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz Nizami İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə üz-üzə gəlməməyə çalışır”.

Zaman İsgəndərova artan hörmətin arxasında hansı amil dayanır?

Mənbə “Sumqayıt” və “Cavid” ticarət mərkəzləri ilə bağlı bütün işləri oğlu N.İsgəndərova təhvil verərək adıçəkilən müəssisələrin idarəsindən uzaqlaşan Z.İsgəndərovun hörmətinin hər ötən gün artdığına da diqqət çəkdi. Onun qənaətincə, Z.İsgəndərova insanların rəğbət və sevgisini artıran ən başlıca amil onun oğlu N.İsgəndərovdan fərqli olaraq arendator və satıcıların problemlərinə daha həssas yanaşması, onların normal fəaliyyəti üçün lazımi şərait yaratması ilə bağlıdır: “Zaman İsgəndərovun ticarət mərkəzinin idarə edilməsini Nizami İsgəndərova həvalə etməsindən sonra arendator və satıcıların durumunun mütəmadi surətdə pisləşməsi ticarət mərkəzinin personalı arasında Z.İsgəndərova olan rəğbət və ehtiramın artmasına səbəb olur. Zaman İsgəndərovun zamanında kifayət qədər əlverişli şərtlər alıtında fəaliyyət göstərdiklərini bildirən arendatorlar indiki şərtlərin onlar üçün əsla qaneedici olmadığını bildirərək Z.isgəndərovun yenidən idarəetmə işlərini öz əlinə cəmləməsini arzulayır. Onların fikrincə, Z.İsgəndərovun arendatorların şikayətini dinləmək və onların problemlərini aradan qaldırmaq kimi müsbət keyfiyyətlər N.İsgəndərovda olmadığı üçün onunla işləmək çətin və risklidir. Bir sözlə, N.isgəndərovun artan tələbləri atası Z.İsgəndərovun hörmətini daha da artırır. Belə davam edərsə, Z.İsgəndərovun reytinqinə görə şəhərin bütün hörmətli şəxslərini qabaqlayacağı şəksizdir. Z.İsgəndərovun artan hörmətinin səbəbkarı olan N.İsgəndərovun isə hətta yaxın 5-10 ildən sonra belə atasının uğurunu təkrarlayacağı əsla inandırıcı görünmür”.

Şamil Əlibəyli

Amerikada ağdərililər azalır
ABŞ tarixində ilk dəfə olaraq ölkədəki etnik və irqi azlıqların dünyaya gətirdikləri uşaqların sayı Avropa mənşəli amerikalıların uşaqların sayından çox olub.

“The Wall Street Journal” bildirir ki, ABŞ Əhalinin Siyahıyaalma Bürosunun (US Census Bureau) hesabatında belə deyilir.

2010-cu ilin iyulundan 2011-ci ilin iyuluna qədər ölkədə doğulmuş təxminən 4 milyon uşağın 50,4 faizi etnik azlıqların övladlarıdır.

“Associated Press” bildirir ki, 1990-cı ildə bu rəqəm 37 faiz idi.

Ağdərili amerikalılar arasında dünyaya gələnlərin sayı ölənlərin sayından azacıq çoxdur. Hazırda Birləşmiş Ştatların əhalisinin 63,4 faizi ağdərililər, 16,7 faizi “latinos”lar, 12,3 faizi afroamerikalılar, 4,8 faizi isə Asiya mənşəli asiyalılardır. Ölkədə ən sürətli artım Latın Amerikası və Asiya mənşəli amerikalılar arasındadır.

Birləşmiş Ştatların əhalisinin ümumi sayı isə artıq 313 milyon nəfərə çatıb.

Gürcüstan David Qareci məbədinə getməyi vətəndaşlara qadağan edib
“Gürcüstan DİN xəbər yayımlayıb ki, Udabno adlanan məbədə giriş qadağandır. Sərhədi keçən vətəndaşların saxlanılmaq təhlükəsi ola bilər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin İnformasiya-Analitik Departamentinin rəhbəri Şota Utiashvili David Qareci məbədi haqda situasiyanı şərh edərkən bildirib. Onun sözlərinə görə, “Gürcüstan vətəndaşları adlanan məbədin ərazisinə keçərsə, Azərbaycan tərəfi onları saxlayacaq və sərhədçilər bunu etmək hüququna malikdir”.

“Biz qərara gəldik ki, sərhəd xəttinə sərhədçilərimizi qoyaq və Azərbaycan sərhədçiləri bizə dedilər ki, əgər Gürcüstan vətəndaşları sərhədi keçərsə, biz onları saxlayacağıq. Buna görə də biz qərara aldıq ki, Gürcüstan vətəndaşlarını Udabno məbədinin ərazisinə buraxmayaq. Çünki onlar sərhədi keçərsə, saxlanacaq. Buna isə azərbaycanlıların hüququ çatır,-” Utiaşvili bildirib.

İrəvanda “Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib
Kitabın müəllifi İrəvan Dövlət Universitetinin Türkşünaslıq fakultəsində Azərbaycan dili dərslərini verir. BBC xəbər verir ki, müəllifin tərtib etdiyi proqramı iki il Universitetdə “sınaqdan” keçdikdən sonra Türkşünaslıq kafedrası həmin proqram əsasında dərslik çap etdirməyə icazə verib.

“Bir sıra dəyişiklik və əlavələrdən sonra universitetin Türkşünaslıq fakultəsinin bakalavriatı tələbələri üçün dərslik çap etmək qərarı qəbul edildi”, – deyir dərsliyin redaktoru, İrəvan Dövlət Universiteti Türkşünaslıq kafedrası müdirinin müavini Ruben Melkonyan.

Onun sözlərinə görə, Azərbaycan dili dərsliyi daha əvvəl Ermənistan Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Türk dili dərsliyi formatında tərtib edilib: “Dərslik, demək olar ki, Azərbaycan qrammatikasının 85 faizini, tapşıraqlar, tekstlər, lüğət ehtiva edir. Proqram 16 dərsdən ibarətdir. Bundan başqa, kitaba mütaliə dərsləri üçün tekstlər daxil edilib, kitabın axırında azərbaycanca-ermənicə lüğət, o cümlədən, abbreviatura lüğəti verilir“.

Ruben Melkonyan deyir ki, tekstlər Azərbaycan coğrafiyasına aiddir, Konstitusiyasından və qanunvericilik sənədlərindən parçalardan, Azərbaycan bədii ədəbiyyatı nümunələrindən ibarətdir: “Heç bir siyasiləşdirilmiş və ya əks-təbliğat xarakterli mətn yoxdur. Bu, erməni dilli tələbənin Azərbaycan dilini müəyyən səviyyədə mənimsəməsi üçün tədris vəsaitidir”.

Azərbaycan dili Universitetin Türkşünaslıq fakultəsinin üçüncü kursundan tədris edilir. Hesab olunur ki, 3 il ərzində türk dilini öyrənən tələbə üçün azərbaycan dilinin ibtidai kursunu mənimsəmək çətin olmaz.

Ruben Melkonyan Universitetin Şərqşünaslıq fakultəsində Türk dilindən başqa, Qazax, Fars, Talış dillərinin də tədris olunduğunu bildirir.

Kafedra müdiri müavininin sözlərinə görə, Azərbaycan dili dərsliyinin müəllifi Lilit Movsisyanın Azərbaycan qrammatikası mövzusunda dissertasiya hazırladığını bildirdi.

“BBC Azərbaycanca”-nın müxbiri müəlliflə universitetdə görüşə bilməyib, lakin, onun son dərəcə çətinlik çəkdiyini hiss edib, telefonla ermənicə danışmağa məcbur olub.

“Siz kitabı oxusanız, görərsiniz ki, orada heç bir təbliği, əks-təbliği material yoxdur. Dərslik Azərbaycan ədəbiyyatı, coğrafiyası, məişəti ilə tanış edir”, – deyir dərsliyin müəllifi Lilit Movsisyan.

Dərsliyin hazırlanıb çapdan çıxmasını “Artsaxbank” maliyyələşdirib. İrəvan dövlət Universitetindən dərsliyi 5 min drama (təxminən 13 dollar) almaq olar.

QMİ-dən gey-parad açıqlaması
“Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatçılığa ehtiyac yoxdur”

“Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq dini-mənəvi dəyərlərimizə zidd olan gey-parad keçirilməsinə heç bir zaman haqq qazandırmayıb”.

Bu açıqlamanı QMİ-nin mətbuat xidməti İran İslam Respublikasının Bakıdakı səfirliyinin srağagün yaydığı Bəyanata cavab olaraq verib.

Açıqlamada bildirilir ki, bununla QMİ-yə bildirilən iradların heç bir əsası yoxdur: “Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatçılığa ehtiyac yoxdur.

Lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyllər yaradıb. QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq”.

Ermənistan “Eurovision”u canlı yayımlayacaq
Qohar Qasparyan: “Ermənistanın “səbr kasası” dolduğundan “Eurovision”u boykot edib”

“Ermənistanın Azərbaycan paytaxtında “Eurovision”da iştirak etməkdən imtina etdiyinə görə cərimə olunmasının məbləği simvolikdir”. Bunu Ermənistanın Eurovision nümayəndə heyətinin rəhbəri Qohar Qasparyan deyib.

“Azərbaycanda hökm sürən anti-erməni əhval ruhiyyələrinə baxmayaraq, Ermənistan İctimai Televiziyası müsabiqədə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin səbir kasası o zaman doldu ki, müsabiqəyə hazırlıq mərhələsində Azərbaycan prezidenti bütün dünya ermənilərinin bir nömrəli düşmən olduğunu bildirdi. Bundan sonra heç bir özünə hörmət edən nümayəndə heyəti Bakıya gedə bilməzdi”, – deyir Qohar Qasparyan.

Onun sözlərinə görə, mahnı müsabiqəsində iştirak etmək haqqı o qədər də böyük deyil, odur ki, bu məbləğin yarısı miqdarda cərimə simvolikdir. Bununla Avropa Yayım İttifaqı (AYİ) nizamnaməsinin tələblərinə riayət edilir.

Qasparyan deyir ki, AYİ tərəfindən cərimənin ölçüsü elan edilmədiyi halda, onu açıqlamaq ədəbsizlik olardı.

Ermənistan nümayəndəsinin iştirak etmədiyinə baxmayaraq, Eurovision-2012 müsabiqəsini canlı yayımlayacaq. Bu AYİ-nin üzvü olan televiziya şirkətlərinə şamil edilən vacib şərtlərdən biridir.

“Mən əminəm ki, Eurovision-2012 müsabiqəsində elə bir ölkə qalib gələr ki, hər hansı bir ölkənin iştirak etməsini əngəlləyən bəhanələr icad etməz. Bu gün bütün Avropa mətbuatı müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı tənqidi yazılarla doludur. Hətta ehtiyat variantlar nəzərdən keçirilir”, – deyib Qohar Qasparyan.

Qaspayran erməni musiqiçiləri Narek Ğazaryanla Emmanuel Çqnavoryanın klassik “Eurovision” müsabiqəsində “qaliblər üçlüyündə” yer tutduqdan sonra Ermənistanın “daha böyük həvəslə Avropa Yayım İttifaqı ilə səmərəli əməkdaşlığını” davam etdirəcəyini bildirib.

Onun sözlərinə görə, hazırda Uşaq Avroviziyası və Eurovision-2013 müsabiqələrində iştirak etmək üçün hazırlıq işləri gedir.

Xatırladaq ki, Ermənistan Bakıda “Eurovision-2012”mahnı müsabiqəsində iştirak etməkdən fevral ayında bir qrup erməni müğənnilərinin Bakıya nümayəndə göndərməmək təklifilə Ermənistan İctimai Televiziyasına müraciətindən sonra imtina edib. Müraciətin müəllifləri “ermənilərə qarşı kütləvi qırğınlar törədilən və təmas xəttində erməni hərbçiləri snayper atəşinə tutan bir ölkədə” çıxış etmək istəmədiklərini bildiriblər.