Vətəndaşların seçim haqqı…
Azərbaycanın gələcəyi ücün cox önəmli və taleyüklü əhəmiyyət daşıyan 2013-cü il prezident seckilərini iqtidar ücün cətin dönəm, müxalifət ücün isə əvvəlki seckilərin “məğlubiyyətinin” əvəzi kimi xarakterizə etmək olar. İndidən bəlli olan məsələ ondan ibarətdir ki, növbəti prezident seckiləri əvvəlkilərdən fərqli olaraq problemlərsiz ötüşməyəcək və yaxın ölkələrdə baş verən inqilabi proseslərin Azərbaycanda təkrarlana biləcəyi ehtimalı böyükdür. Əslində, zaman kecdikcə ölkədaxili durumun gərginləşdiyi müşahidə olunmaqdadır və bunun fonunda “Azərbaycan Misir deyil, burda hec bir şey baş verə bilməz” fikrini irəli sürmək, yumşaq desək, həqiqətdən uzaqdır.
Analitiklərin fikrincə, son vaxtlar ölkə xaricində Azərbaycanla bağlı səslənən “sos” siqnalı əhəmiyyətsiz deyil və bütün tövsiyələrə baxmayaraq hakimiyyət nümayəndələrinin davranışı, ümumilikdə isə rəsmi Bakinin cavabları məntiqsiz və savadsız görünür. Diqqətəçəkən bir məqam da ondan ibarətdir ki, zaman-zaman Qərbin səsləndirdiyi sərt bəyanatlara baxmayaraq, ölkədəki antidemokratik, korrupsioner, vətandaşları iqtisadi məngənədə sıxan, hakimiyyəti saxtalaşdırılmış seckilər əsasında zəbt edən, eləcə də heç bir siyasi və iqtisadi islahatlara meylli olmayan rejimin müsbətə doğru dəyişmək istəmədiyi elə xaricdə də qabarıq hiss edilməkdədir. Belə ki, YAP idioloqları tərəfindən aparılan və illərdir dəyişməz qalan siyasi kampaniyalar artıq öz effektini itirsə də, buna rəğmən yeni bir kursun ortaya atılacağı da görünmür…
Cəmiyyət isə dəyişir. Hər ötən gün ölkədə narazılıq artmaqdadır. Mövcud rejimin Azərbaycanın gələcəyini öz tayfa maraqlarına qurban verdiyini görən ziyalılar, ölkənin ölüm-qalım məsələsinə biganə qalmayan vətəndaşlar və illərdir formalaşmasına imkan verilməyən orta təbəqə artıq öz etiraz səsini ucaltmaqdadır.
Heç şübhəsiz, bütün təqib və təhdidlərə baxmayaraq bu etirazlar zaman kecdikcə daha da artacaq. Eyni zamanda, yaxınlaşmaqda olan prezident seçkilərinin siyasi əhəmiyyəti də ölkədə haqsızlığa qarşı müqaviməti daha da genişləndirəcək. Belə ki, bu gün müxalifət ücün də növbəti prezident seckiləri az əhəmiyyət kəsb etmir, belə demək mümkünsə, əvvəlki seckilərdəki “məğlubiyyətlərin” əvəzini cıxmaq ücün real bir şans yaranıb. Elə görünən də odur ki, illərdir hakimiyyətin müxalif partiyaları təzyiq altında saxlamasına baxmayaraq, bu təşkilatlar öz müqavimət effektlərini saxlayıb və getdikcə daha ciddi gücə çevrilməkdədir.
Əlbəttə, bir çox ekspertlər görə, ötən parlament seckilərindən sonra zəifləyən müxalifət ücün ərəb ölkələrində baş verən inqilablar situasiyanı dəyişmək baxımından yeni şərait yaratdı. Lakin cəmiyyətdəki aktivliyin nədən qaynaqlandığını təhlil etmədən də belə bir fikir irəli sürmək mümkündür ki, xalqın səbri sonsuz deyil və insanlar ölkədə baş verən ədalətsizliyə qarşı gec-tez müqavimət göstərəcəkdi. O cümlədən, ərəb ölkələrində baş verən siyasi proseslərdən asılı olmayaraq, müxalif partiyaların da seçki ərəfəsində aktivləşməsi aksiomadır. Bu gün isə həmin aktivlik özünü istər siyasi partiyalarda, istər də cəmiyyətdə göstərməkdədir. Hətta bir cox siyasi ekspertlərin fikrincə, proseslərin bu cür inkişafı prezident seckiləri öncəsi vəziyyətin kritik həddə cata biləcəyindən xəbər verir və siyasi qarşıdurmaların kəskin olacağı riski də böyükdür. Çünki bütün hallarda öz hüququnu tələb edən xalqın qarşısında illərdir onu qul gözündə görən, heç bir haqqını tanımayam bir rejim dayanıb. Lakin yenə də ümid edirik ki, Azərbaycan hakimiyyəti bu dəfə ən azı ərəb ölkələrində bir-birinin ardınca devrilməkdə olan rejimlərin taleyini göz önünə alaraq, insanlara öz seçim haqqını tanıyacaq…






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed