Sərçə türk polisinə sığındı


Yolunu azmış quş uçaraq polisin başına qondu

Türkiyənin Dənizli vilayətində Meşə və su təsərrüfatı naziri Veysəl Əroğlunun iştirak etdiyi tədbirdə polislərdən birinin başınaq quş qonub. Sərçəkimilər sinfidən olan köçəri quş əvvəl polisin əlinə, sonra çiyninə, sonra isə başına qonub. Polisin kepkasına qonan quş bütün təsirlərə baxmayaraq yerindən tərpənməyib. Polis bir anda başda mətbuat olmaqla ətrafda olan insanların diqqət mərkəzində olub. Quşa görə narahat olmadığını deyən polis isə tədbirdən sonra quşu meşəyə buraxacağını deyib. “Quş təhlükəsiz yerin harda olduğunu bilir. Bu quş türk polisinə sığınıb”.

Tədbirdən sonra quşu meşəlik sahəyə aparan polis Duran Yörük quşu təbiətə buraxıb.

 

Leave a Reply