Latviya, İtaliya, Ukrayna və Gürcüstan…
Bu ölkələri “Eurovision 2012″ müsabiqəsində təmsil edən müğənnilər bəlli oldu
Latviyanın Ventspils şəhərində ölkənin ictimai kanalının təşkilatçılığı ilə “Eurovision 2012″ yarışmasının milli seçimlər turunun final mərhələsi keçirilib. Bu barədə Latviya KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, yarışmanın qalibi Beautiful Song mahnısı ilə Anmari (Anmary) seçilib.
Rus əsilli olan Линда Амантова (lat. Linda Amantova), Аnmary kimi tanınır. O Yazep Vitola adına Latviya musiqi akademiyasını bitirib. Bundan əvvəl “Talantu Fabrika 2″ müsabiqəsində yarışıb və ikinci yerə layiq görülüb.
Latviya Bakıda keçiriləcək “Eurovision 2012″ müsabiqəsinin 22 mayda keçiriləcək ilk yarımfinalında çıxış edəcək.
Nina Zilli
İtaliyanı isə Bakıda keçiriləcək “Eurovision 2012″ müsabiqəsində Nina Zilli təmsil edəcək. Trend-in məlumatına görə, bu barədə yarışmanın rəsmi saytı bildirib.
Nina Zilli təxəllüsü ilə çıxış edən Mariya Çiara Fransketta (ital. Maria Chiara Fraschetta) 1980-ci ilin 2 fevral tarixində İtaliyanın Pyaçenca şəhərində anadan olub. O bütün uşaqlığını İrlandiyada keçirib və İtaliyaya qayıtdıqda konservatoriya qəbul olunub. Konservatoriyada təhsilini başa vurduqdan sonra ifaçı ABŞ-a köçüb və orada 2 il yaşayıb.
Gaitana Essami
Şənbə günü Ukraynanın da Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisinin seçilməsi üçün Milli Final gecəsi keçirilib.
“Eurovision 2012″ mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Milli Finalda Azərbaycanın Eurovision 2011-dəki qələbəsinə və builki müsabiqəyə hazırlıqlarına həsr edilən videomaterial nümayiş olunub. Süjetdə Eldar Qasımov və Nigar Camalın Düsseldorf səhnəsindəki çıxışları, “ButaPalace”da Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Bakıya təqdim edilməsindən danışılıb. “Light your fire” şüarının fəlsəfəsi, Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasından bəhs olunub.
Səsvermənin nəticələrinə görə, Ukraynanı Eurovision 2012-də Qaytana Essami (Gaitana Essami) təmsil etmək hüququ qazanıb. Ölkə təmsilçisi 21 ifaçının arasından seçilib. Milli Finalda Qaytana “Be my guest” (“Mənim qonağım ol”) mahnısı ilə çıxış edib və 41 səslə qalib olub.
Ukraynanın 32 yaşlı təmsilçisi Qaytana Essami Konqo əsillidir.
Ukraynanın Milli Finalında Fransanın Eurovision 2012 təmsilçisi Anqun (Anggun) və Ukraynanın Eurovision 2010-dakı təmsilçisi Alyoşa qonaq kimi çıxış edib.
Ukrayna Bakıda Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında təmsil olunur. Qaytana “Bakı Kristal Zalı”nda “Be my guest” mahnısını ifa edəcək.
Anri Coxadze
Gürcüstanı Bakıda keçiriləcək “Eurovision – 2012″ mahnı müsabiqəsində “Mən cokerəm” adlı mahnı ilə tanınmış müğənni Anri Coxadze təmsil edəcək.
Milli seçim turunun qalibi tamaşaçıların və münsiflər heyətinin səsverməsi ilə seçilib. Coxadze, dünən Gürcüstanın İctimai televiziyasının studiyasında keçirilən milli seçim mərhələsinin qalibi elan edilib.
Gürcüstanı “Eurovision – 2012″ mahnı müsabiqəsində təmsil etmək hüququnu 9 ifaçı və qrup iddia edirdi. Bunlar Anri Coxadze, Boris Bedia, Edvard Tatiani, Levan Cibladze (Leo Jee) və November, Vanilla Cage, Mirror İllusion, REMA vəİndustrialCityqrupları idi. Seçim turunun finalı Gürcüstan İTV ilə canlı yayımlanırdı.
Azərbaycanın müsabiqədə bu ilki təmsilçisi Səbinə Babayeva Gürcüstan seçim mərhələsinin finalında fəxri qonaq qismində iştirak edib. O, gürcü tamaşaçılar üçün mahnı ifa edib.
Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq. Şou “Bakı Kristal Zalı”nda keçiriləcək.






Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed