“Hürriyyət”in yazdıqları təsdiqləndi


Gəncənin İcra Hakimiyyəti 1 saylı Peşə Liseyində ciddi nöqsanlar aşkar edib

Gəncə şəhər 1 saylı Peşə Liseyində baş verən qanunsuzluqlar haqda qəzetimizin ötən saylarında məlumat vermişdik. O cümlədən, liseyin direktoru Vaqif Göyüşovun Gəncənin Nizami və Kəpəz payon əhalinin sosial müdafiəsi fondlarına 70-ə yaxın qanunsuz arayış təqdim etdiyini da oxucularımızın diqqətinə çatdırmışdıq.

Əldə etdiyimiz məlumata görə, qəzetimizdə dərc olunan yazılardan sonra sözügedən idarə peşə liseyindən ona təqdim olunan arayışlarla bağlı yoxlama aparıb. Bu zaman məlum olub ki, V.Göyüşov tərəfindən arayış verilən şəxslərin əksəriyyəti heç də liseyin şagirdləri deyillər və onlar ödənişli əsaslarla təhsil almırlar. Belə olan halda Vaqif Göyüşovun adlarını qanunsuz əmrləşdirdiyi şəxslərə verilən arayışlar saxta sayılaraq onlara ayrılan pensiya və sosial müavinətlərin verilməsi dayandırılıb. Eyni zamanda, bu saxtakarlıqla aldadılan fond rəhbərləri, eləcə də sosial yardım ayıran təşkilatlar 1 il ərzində dövlət vəsaitinin nmənimsənilməsi faktına biganə qalmayaraq, həmin vəsaitlərin geri alınması üçün aidiyyatı təşkilatlara və Təhsil Nazirliyinə müraciət ünvanlayıblar. Bütün bu saxtakarlıqlardan yaxa qurtarmaq üçün Vaqif Göyüşov yenidən saxta bir əmrlə onlarla şagirdi liseydən kənarlaşdırıb…

“Hürriyyət” qəzetində dərc olunan yazılardan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə də 1 saylı Peşə Liseyində yoxlamalar aparılır. Aparılan 3 günlük yoxlama nəticəsində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, kollektivin narazılığı, bir çox şagirdlərin direktor tərəfindən dərslərdən azad edilməsi, liseyin bir müəlliminin və bir neçə ustasının latın qrafikasında yazmağı və oxumağı bacarmaması sadalanan nöqsanlar sırasında olub. Eyni zamanda, liseydə sürücü Rizvan Qurbanovun maşın olmadan qanunsuz işləməsi və onun əmək haqqısının direktor Vaqif Göyüşov tərəfindən mənimsənilməsi, liseyin texniki işçilərinə tabelin qanunsuz yazılması və onların təhsil ocağında ümumiyyətlə olmaması, tabelə onların yerinə başqalarının imza atması məlum olub. Hətta baş usta Esmira xanımın dərslərini yoxlayan zaman V.Göyüşovun tapşırığı yazılan gizli jurnalın da ələ keçib. Bundan sonra bəzi şagirdlər acı həqiqətlər etiraf etməyə məcbur olub, üstəlik siniflərdə şagird və müəllimlərdən bəzilərini dərslərdə olmaması, mühasibatlıqda direktorun dərsə gələn və gəlməyən şagirdlərin aylıq təqaüdlərinin verilməsinə qadağan edən əmrləri və digər faktlar yoxlama aparan şəxsin – Kənan müəllimin diqqətindən yayınmayıb.

Bu baxımdan, ümid edirik ki, Gəncə şəhər İcra hakimiyyətinin başçısı şəhər 1 saylı peşə liseyində baş verən qanunsuzluqların qarşısının alınması üçün ciddi tapşırıqlar verəcəkdir. Şəhər İcra Hakimiyyətinin Liseydə apardığı yoxlamanın son nəticəsi barədə məlumat verəcəyik.

İkram

Leave a Reply