Hakim partiyanın erməni deputatı


 “Hürriyyət”in araşdırmaları erməni zavod direktorunun həm də YAP-ın deputatı olduğunu üzə çıxardı

 Baş nazir Artur Rəsizadə tərəfindən himayə olunan bu şəxs kimdir və onun əsl adı nədir?

Qəzetimizin ötən sayında Azərbaycanın ən iri zavodlarından birinin rəhbərinin erməni əsilli olduğu haqda xəbər vermişdik. Eyni zamanda, bu şəxs indiyə qədər baş nazir Artur Rəsizadə tərəfindən himayə olunduğu və hazırda nəhəng zavodlardan birinin direktoru olmaqla yanaşı, hakimiyyət dairələrində kifayət qədər yüksək nüfuz sahiblərindən birinə çevrildiyini də qeyd etmişdik. Onu da bildirmişdik ki, bu şəxs öz erməni milli kimliyini illər öncədən hakimiyyətdəki havadarlarının dəstəyi ilə gizləyə bilmiş və hazırda rəsmi olaraq “azərbaycanlı” adı və soyadı ilə cəmiyyətdə də ciddi nüfuz sahiblərindən biri kimi tanınmaqdadır.

“Son günlər “Hürriyyət”in əməkdaşı həmin şəxsin kimliyi və hakimiyyət daxilindəki əlaqələri haqda daha ciddi faktlar üzə çıxarıb. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, sözügedən zavod direktoru tələbəlik illərindən öncə öz adını və soyadını dəyişdirib. Hətta onun əsl yaşının yeni adla 4 il qabağa çəkildiyi də qeyd olunur. Belə ki, hazırda rəsmi sənədlərdə (azərbaycanlı ad və soyadı ilə – red.) onun 40 yaşının olduğu göstərilsə də, əslində bu şəxsin 44 yaşının olduğu iddia olunur” – deyə qeyd etmişdik.

Bu haqda bizə məlumat onu da iddia edir ki, sovet hakimiyyəti dönəmində onun yaxınları arasında keçmiş KQB sisteminə bağlı olan müəyyən insanlar bir sıra məsələlərdə bu şəxsin də yardımından faydalanıblar: “Məhz həmin xidmətləri nəzərə alınaraq, sonradan onun öz milliyyətini dəyişməsinə və hətta ali məktəbə qəbul olunmasına hakimiyyətdəki bəzi məmurlar səviyyəsində ciddi dəstək verilib. Sovetlər birliyinin çöküşündən sonra isə onun ən böyük arxa-dayağı Azərbaycanın indiki baş naziri Artur Rəsizadə olub. Məhz A.Rəsizadənin dəstəyi sayəsində o, illərdir ölkənin ən nəhəng zavodlarından birinin rəhbəri olmaqla yanaşı, iqtidar daxilində tanınmış siyasi fiqurlardan birinə çevrilib. Eyni zamanda, hakim partiyanın üzdə görünməyən ən aktiv üzvləri sırasında da onun özünəməxsus yeri var…”.

Qeyd etdiyimiz kimi, yazıda sözügedən şəxsin kimliyi haqda bizdə dəqiq məlumatlar var. Sadəcə, ötən sayımızda da bu mövzu ilə bağlı araşdırmamız yekunlaşmadığından, hələlik onun kimliyi haqda açıqlama verməyi məqbul bilmədiyimizi vurğulamışdıq. Çünki bu, həmin şəxs barəsində daha ciddi faktları üzə çıxarmağımıza əngəl ola bilər. “Odur ki, növbəti sayımızadək onun əvvəlki (erməni) adını və soyadını da dəqiqləşdirdikdən sonra oxucularımıza daha ətraflı məlumat verəcəyik” – deyə oxucularımızı bilgiləndirmişdik. Lakin sözügedən zavod direktorunun keçmişi ilə bağlı apardığımız araşdırmalar hələ başa çatmadığından bu gün onun adını qeyd etmirik. Bununla belə, onun kimliyi ilə bağlı daha bir şok faktı sizlərin diqqətinə çatdırırq. Belə ki, son günlər apardığımız araşdırma zamanı məlum oldu ki, haqqında söhbət açdığımız erməni əsilli zavod direktoru həm də Milli Məclisin YAP-dan olan deputatıdır. Onun əsl adını və soyadını (erməni) yaxın günlərdə sənədlər əsasında sizlərə təqdim edəcəyik.

 TURQUT

Leave a Reply